25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Rövnəq Abdullayev: “Qəbələ” və “Qarabağ”a münasib rəqiblər arzu edirəm”

AFFA-nın prezidenti Rövnəq Abdullayev “Qarabağ” və “Qəbələ” klublarının UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı affa.az saytına fikirlərini bildirib. Futbolxeber.az-ın məlumatına görə, R.Abdullayev qazanılan uğur münasibəti ilə hər iki klubumuzu təbrik edib: “UEFA Avropa Liqasında çıxış edən hər iki təmsilçimizin - “Qarabağ” və “Qəbələ” klublarının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunun tarixində yeni və ümid edirəm ki, davamlı və uğurlu olacaq bir mərhələnin başlanğıcını qoydu. İlk dəfədir ki, bir mövsümdə iki klubumuz qitənin ən nüfuzlu turnirlərindən birinin qrup mərhələsinə yüksəlir. Ölkəmizin futbol ictimaiyyətinə, azarkeşlərə böyük sevinc hissi yaşadan “Qarabağ” və “Qəbələ” klublarını təbrik edir, qarşıdakı oyunlarda qələbə sevinci və qrup mərhələsinin püşkatmasında münasib rəqiblər arzu edirəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30