29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Roman Qriqorçuk: “Mütləq yeni transfer olmalıdır ki...”

“Stadiondakı gərgin ab-hava bizə problem yaratmadı. Həm də bu haqda çox danışmağa ehtiyac yoxdur. Oyundan əvvəl də bu vəziyyətə hazır idik. Məqsədimiz bir an belə konsentrasiyanı itirməmək idi”. Futbolxeber.az-ın Afinaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri “Panatinaikos”la oyundan (2:2) sonra “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Ukraynalı mütəxəssis mütləq yeni transfer etməli olduqlarını bildirib: “Qol vurub, lazımi nəticəni əldə edəndən sonra komandanın oyunu dəyişir. Futbolda belə hallar olur. Bunun səbəbkarı da rəqib idi. Çünki “Panatinakos” qapısında qol gördükdən sonra çox fəal idi. Transfer barədə düşünəcəyik. Heyətimiz güclənməyə bilməz. Mütləq yeni transfer olmalıdır ki, uzun marafonda mübarizə apara bilək. Bizi oyunçuların adları yox, bacarıqları maraqlandırmır. Yaş elə də prinsipial deyil. Hazırki heyətimizdən Qayın adını çəkə bilərəm. O, peşəkardır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31