23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Qurban Qurbanov: “Mənə ən çox azarkeşlik edən elə anamdır”

“Hər kəsi təbrik edirəm. Hər iki oyunda qalib gəlməyimiz yaxşı oldu. Qarşımıza qoyulan minimum vəzifəni yerinə yetirdik. Hər bir futbolçuma sağol demək istəyirəm. “Qəbələ”yə də "Panatinaikos"la oyunda uğurlar arzulayıram”. Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinə yüksəldikləri oyundan sonra deyib.

Qurbanov “Yanq Boyz” üzərində qələbədən (3:0) sonra keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

- Matçın 70-ci dəqiqəsində Reynaldo və Almeyda kimi aparıcı futbolçuları əvəzləyəcəyinizi düşündük. Ancaq siz fərqli qərar verdiniz.

- Demək olar ki, 70-ci dəqiqədən sonra oyunun tempi düşmüşdü. Düşündük ki, milli komandaya gedən futbolçulara istirahət verək. Əfran hələ tam formasını bərpa etməyib. İnanıram ki, millidinin düşərgəsindən qayıdandan sonra hər şey qaydasında olacaq.

- “Qarabağ” Azərbaycan futbolunda yeni tarix yazdı, ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəldi. Baş məşqçi olaraq nə hisslər keçirirsiniz.

- “Qarabağ”ın baş məşqçisi olduğum vaxtdan böyük stressdəyəm. Həqiqətən bu komandanı çalışdırmaq böyük məsuliyyətdir. Ən azından məcburi köçkünlərimizə az da olsa, sevinc yaşadırıq. 

- Yeni transfer etmək fikriniz var?

- Hələ ki, 3-4 gün vaxtımız var. Çalışırıq ki, istədiyimiz futbolçunu transfer edək. Məni də düzgün başa düşün. Gərək transfer məsələsində çox götür-qoy edəsən.

- Ananız müsahibəsində bildirmişdi ki, belə gərgin oyunları izləyə bilmir, həyəcanlanır. Matçdan sonra onunla əlaqə saxladınız?

- Hələ ki, yox. Bəlkə  də mənə ən çox azarkeşlik edən elə anamdır. Uduzanda çox həyəcan keçirir. Onu öpürəm, təbrik edirəm. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30