26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Rövnəq Abdullayev: “Qrup mərhələsində oynamaq Azərbaycan futbolunda ənənəyə çevrilib"

"Gözəl oyun oldu. "Qarabağ" ikinci dəfədir ki, qrup mərhələsinə vəsiqə qazanır. Qrup mərhələsində oynamaq Azərbaycan futbolunda bir ənənəyə çevrilib". Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev "Qarabağ"ın Avropa Liqasının "pley-off" mərhələsində "Yanq Boyz"a qalib gələrək (3:0) qrup mərhələsinə yüksəldiyi oyundan sonra deyib.

O, Ağdam klubuna bu gün belə gözəl anlar yaşatdığı üçün təşəkkür edib:  "İnanıram ki, qrup mərhələsində də gözəl oyun sərgiləyəcəklər".

R.Abdullayev Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü ilə bağlı tədbir görəcəklərini  vurğulayıb: "Ot örtüyünü təcili dəyişməliyik".

AFFA prezidenti "Qəbələ"yə də "Panatinaikos"la matçda uğurlar arzulayıb: "İnanıram ki, Yunanıstandan da xoş xəbər eşidəcəyik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30