18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Bəlkə də biz daha çox tarixi əhəmiyyət kəsb edən “Panatinaikos”la matçı düşünürdük”

Premyer Liqanın III turunun “Kəpəz”lə oyununda 1:0 hesabı ilə qalib gələn “Qəbələ” 3 xalı Ermin Zetsin qolu ilə qazanıb. Futbolxeber.az-ın məlumatına görə, “Qırmızı-qara” formada ilk qolunu vuran bosniya və herseqovinalı hücumçu qarşılaşma haqda fikirlərini gabalafc.az-a açıqlayıb: “Kəpəz”lə oyunumuz çətin keçdi. Rəqib güclü, yaxşı komandadır. Bizə xeyli çətinliklər yaşatdı. Xoşbəxtlikdən rəqibin qol vurmaq cəhdləri alınmadı. Bəlkə də biz daha çox bizim üçün tarixi əhəmiyyət kəsb edən “Panatinaikos”la matçı düşünürdük. Bu üzdən də çətin oldu. “Kəpəz”lə qarşılaşmanın taleyini vurduğum qol həll etdi. Komandamda qol hesabımı açdığım üçün xoşbəxtəm. Ümid edirəm ki, bu hələ başlanğıcdır və qollarımın davamı gələcək. Amma hər şeydən vacib olan komandamızın qələbəsidir”.

Bosniya və Herseqovina millisinin AVRO-2016-nın sentyabrda keçiriləcək seçmə oyunlarına dəvət alan futbolçu “Qəbələ”nin növbəti oyunu haqda da danışıb. O, UEFA Avropa Liqasının pley-off mərhələsinin “Panatinaikos”la Yunanıstandakı matç haqda fikirlərini bölüşüb: “Panatinaikos”la cavab qarşılaşmasında çox çətin oyun olacaq. Rəqib favorit sayılsa da, inanıram ki, biz də yaxşı oyun göstərəcəyik. Mərhələ keçmək üçün özümüzə inanmalıyıq və bacarığımızın 100 faizini meydanda qoymalıyıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30