19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“1:0 çox sürüşkən hesabdı”

“Oyun qarşılıqlı hücumlar şəraitində keçdi. Görüşdən qabaq rəqibin hücumu sevən komanda olduğunu bilirdik. Rəqibin pressinqinin qarşısını almaq üçün topu özümüzdə daha çox saxlamağa çalışdıq. Oyunumuz yaxşı alındı”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov “Yanq Boyz”la oyun barədə danışarkən deyib.

Millimizin üzvü cütün taleyinin hələ həll olunmadığını bildirib: “1:0 çox sürüşkən hesabdı. Yadınızdadırsa, “Visla” və “Honka” ilə oyunlarda hesabda irəlidə olduğumuz anlarda çətinliklər yaşadıq. Bu yollardan keçmişik. Bilirik ki, Bakıdakı oyun çətin olacaq. Rəqib də hesab arasındalı fərqi düzəltməyə çalışacaq”.

Sadıqov Almeydanın qolunu belə şərh edib: “O, qapıya yaxşı zərbə endirdi. Çox uğurlu alındı. Əsas məqsədimiz məğlub olmamaq idi. Bilirik ki, ilk oyunda məğlub olduqdan sonra cavab oyunu çətin olur. Oyundan öncə 1 toplu məğlubiyyətə də razı idim” (Newsport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30