19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Qurban Qurbanov: “Bakıda “Yanq Boyz”a qarşı səbrli və təmkinli olmalıyıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi

- Səfərdə “Yanq Boyz” üzərində qələbə qazandınız. Qarşılaşma haqqında fikirləriniz maraqlı olardı...

- Əlbəttə, oyun bizim üçün sərfəli nəticə ilə başa çatdı. Amma futbolçular çox əziyyət çəkdilər. “Yanq Boyz” çox güclü komandadı. Oyundan əvvəl də demişdim ki, rəqibin hücum xəttində hədindən artıq güclü oyunçular yer alıb. Bildirmişdim ki, rəqib bizim düşünmədiyimiz hücumları qurmağı bacarır. Həqiqətən də biz oyunda bunun şahidi olduq. Düzdü, üstünlük bizim tərəfdədi. Amma bu hesab onları daha məsuliyyətli edəcək və onlar cavab oyununa ciddi hazırlaşacaqlar. Bizi həqiqətən Bakıda çətin oyun gözləyir.

- “Yanq  Boyz”un bundan əvvəlki oyunlarını izləyib və analizlər aparmısınız. Amma son həftədə “Yanq Boyz”da baş məşqçi dəyişikliyi baş verib. Bu dəyişikliklər rəqibin oyununa təsir edibmi?

- Əslində, baş məşqçi dəyişiyliyi baş verməyib. Çünki onun əvəzinə köməkçi məşqçi təyin olunub. Ona görə, hər hansı dəyişiklik hiss olunmurdu. Əgər dəyişiklik olsa idi, bəlkə də bizim üçün çətin olacaqdı. Öz oyunlarını oynadılar. Hər iki komandanın imkanları oldu. Amma biz qola vura bildik.

 -“Qarabağ” süni meydançada oynamağı sevməyən komandadı. Rəqibin meydançasının süni örtüklü olması sizə çətinlik yaratmadı?

- Əlbəttə. Çox təsiri oldu. Çünki bizim süni meydançalarımızdan fərqli stadion idi. Top da fərqli idi. Burada futbolçularımız çox yoruldular. Düşünürəm ki, futbolçuların istirahətə ehtiyacı var.

-“Qarabağ” artıq qrup mərhələsinin bir addımlığındadır. Ümumiyyətlə bunu gerçəkləşdirmək üçün “Qarabağ”a  nə lazımdı?

- Üstünlüyümüzü qoruyub saxlamalıyıq. Bəlkə də rəqibin evdə istədikləri oyun alınmadı. Bəlkə də burda alınacaq. Biz buna hazır olmalıyıq. Çünki rəqib yaxşı komandadır. Böyük təcrübələri var və səviyyəli oyunçuları var. Ona görə də biz Bakıda səbrli və təmkinli olmalıyıq.

- Bakıda hansı hesab üçün oynayacaqsınız?

- Futbol elə oyundur ki, rəqib sənə nə qədər imkan verirsə, sən də onu göstərirsən. Sadəcə biz onların hüumlarına hazır olmalıyıq. Oyunun gedişində isə öz oyunumuzu oynamağa çalışmalıyıq. Amma bunun nə qədər alınacağını dəqiq demək çətindir. İmkan  olduqca öz oyunumuzu qurmağa çalışacağıq.

- Səfərdə düşündüyümüz “Qarabağ”ı görə bilmədik. Sanki sönük futbol gedirdi. Bunu özünüz istəyirdiniz, yoxsa rəqib imkan vermədi? “Qarabağ”ın bir qolunu çıxsaq, sanki futbolçular meydanda vaxt aparırdılar.

- Belə deməzdim. Futbolçular topla yaxşı davrandı və çox sürətli hücumlarımız oldu. İlk hissənin sonlarına yaxın və ikinci hissədə çox sürətli hücumlar qurduq. İlk dəqiqələrdən hər iki komanda ehtiyyatlı oynayırdı.Çünki ilk dəqiqələrdən meydanda bir-birimizi tanımağa başladıq. Ümumi götürsək oyunun sürəti pis deyildi.

- Bir ifadə ilə Riçardın qolunu necə şərh edərdiniz?

- Siz necə düşünürsünüz, məndə elə - əla (gülür).

- Bilirik ki, səfərdə alınan nəticəyə görə, rəqib Bakıda hücum futbolu oynayacaq. “Qarabağ” evdə müdafiədə oturacaq?

- Biz rəqibin hücumlarına hazır olmalıyıq. Meydança amilini də düşünəcəyik. Meydanın vəziyyətinə görə oyunumuzu quracağıq.  “Seltiik”lə oyunda gördüyünü kimi istədyimiz oyunu oynaya bilmədik. Sabahdan stadionun durumu ilə maraqlanacağıq. Meydança amili hansı oyunu oynayacağımızda əsas rol oynayacaq.

- Maksim Medvedev cavab oyununa hazır olacaq?

- Düşünmürəm ki, Maksim oynasın. Amma bu həftədən komanda ilə birgə məşqlərə qoşulacaq (Newsport.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30