25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Elmar Baxşıyev: "Bəzən gözlənilməz nəticələr futbolu maraqlı edir"

Mövsümlərarası fasilədə növbəti futbol ilinə yaxşı hazırlaşan və keçirilən yoxlama oyunlarında ardıcılı qələbələr qazanan “Qəbələ”nin əvəzedici komandasının çempionata uğurlu başlayacağı gözlənilsə də, əksinə oldu. Futbolxeber.az-ın məlumatına görə, gənc kollektiv ilk 2 oyunda meydanı məğlub tərk edib. Uğursuz startın səbəblərini aydınlaşdırmaq məqsədilə komandanın məşqçisi Elmar Baxşıyevlə əlaqə saxladıq. Gənc mütəxəssis “Qəbələ” İK qəzetinə açıqlamasında belə startın onlar üçün də gözlənilməz olduğunu bildirib: “Bəzən gözlənilməz nəticələrdə də futbolu daha maraqlı edir. Lakin biz çalışırıq ki, uğursuz start futbolçulara psixoloji cəhətdən mənfi təsir göstərməsin. Futbolçularımıza inanırıq. Başlanğıcdakı məğlubiyyətləri unudub qarşıdakı oyunlarda qələbə qazanmağa çalışacağıq”.

“Qəbələ”nin əvəzediciləri 2 oyunda cəmi 1 dəfə rəqib qapısına yol tapıblar. Baş məşqçinin köməkçisi hesab edir ki, hazırda əsas problemləri qol vəziyyətlərindən istifadə edə bilməməkdir: “Hər iki matçda çoxlu qol şanslarımız olub. Sadəcə, bunların reallaşdırılmaması bizi geri salır. Futbolçularımız son nöqtəni qoya bilmirlər. Fikrimcə, bu, təcrübəsizliklə əlaqədardır və onun üzərində işləyirik. Adi epizodda bir toxunuşla topu qapıya göndərmək lazım olanda, futbolçularımız bunu iki ötürməylə edir və nəticədə epizodu qaçırırlar. Rəqiblərimizdən “Neftçi”nin oyununu görmüşük. Hazırda lider olan bu komandanı favorit sayıram. Digərləri təxminən eyni səviyyəlidir”.

İlk turlarda nəticə qaneedici olmasa da, məşqçilər korpusu oyun baxımından futbolçulardan narazı deyil: “Futbolçularımız məzmunlu, kombinasiyalı oyun göstərirlər. İlk turda “Qarabağ”a qarşı çox yaxşı oynadıq. Deyərdim ki, yalnız şanssızlıq istəyimizə çatmağa mane oldu. AZAL-la matçda lazımı qədər qol vəziyyətləri yaratsaq da, bundan istifadə edə bilmədik. Üstəlik, aldığımız qırmızı vərəqə ilə özümüz oyunun gedişatını əleyhimizə dəyişdirdik. Hər 2 matçda xeyli qol şanslarımız olub. Sadəcə, futbolçularımız son nöqtəni qoya bilmədilər”.

Əvəzedici heyət hazırlıq matçlarında “Rəvan” ən əsas komandasına 6:3 hesabıyla qalib gəlib. Hətta ilk hissədən sonra “Qəbələ” hesabda 5:0 irəlidə olub. Bəlkə bu cür nəticələr futbolçularda yaranan arxayınlıqdan irəli gəlib? Baxşıyevi dinləyək: “Yoxlama matçları əsas oyunlara hazırlıq xarakteri daşıyır. Ola bilər “Rəvan”la oyun bizim üçün çox uğurlu alınmışdı. Əvəzedicilərin çempionatında ən gənc komanda bizdədir. Heyətimizdə 1998-ci il təvəllüdlü futbolçular da var. Onlar yaxşı potensiala malikdir. Müdafiəçilərimiz, orta sahə, cinah oyunşularımız yaxşı təsir bağışlayırlar. Hazırda əsas diqqəti ön xətt oyunçuları ilə çalışmalara yönəltmişik. Ardıcıl məğlubiyyətlər bizim zəif olduğumuz anlamına gəlməməlidir. Yola davam edirik. Əminəm ki, növbəti oyunlarda ardıcıl qələbələr qazanıb, zəhmətimizin bəhrəsini görəcəyik”.

Əvəzedici heyətlərin əsas məqsədi əsas komanda üçün futbolçu hazırlamaq olsa da, məşqçimiz nəticə qazanmağı da vacib sayır: “Çünki nəticə olmayanda, futbolçu da yetişmir. Komanda qələbə qazanmalıdır ki, futbolçu da səviyyəsini artırsın. Hazırkı vəziyyətdə biz məşqçilərin də üzərinə böyük iş düşür. Mən də “Qəbələ”nin yeni məşqçisi kimi böyük həvəslə çalışıram. “Qəbələ”nin perspektivli gənclərdən qurulan, akademiya təlimi görən əvəzediciləri həmişə çempionatın favoriti sayılıb. Əminik ki, futbolçularımız nümayiş etdirdikləri gözəl futbolla növbəti turlarda parlaq qələbələr qazanacaq və biizləri sevindirəcəklər”.

Mehman SÜLEYMANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30