25 Iyun 2019, Çərşənbə axşamı
Lorenso Sotomayor 1/4 finalda
Cüdoçularımızdan daha 3 bürünc medal
Balayev: "Vaxtımız az idi"
Romero rəsmən “Qarabağ”da

Ölkə futbolu

Elxan Məmmədov: “Həmin oyunu heç yada salmaq da istəmirəm”

AFFA-nın baş katibi Elxan Məmmədov Avroliqanın pley-off mərhələsinin ilk oyunu çərçivəsində baş tutan “Qəbələ” - “Panatinaikos” matçından sonra Futbolxeber.az saytına müsahibə verib.

- Ardıcıl ikinci, ümumilikdə üçüncü il eyni anda 2 klubumuz Avroliqanın pley-off mərhələsinə adlayıb. Bununla bağlı nə deyə bilərsiz?

- Təbii ki, bu çox sevindirici haldır. Pley-off mərhələsində oynamaq, bura kimi irəliləmək hər zaman xoşdur. Ardıcıl ikinci il 2 komandamız pley-offa yüksəlib. İnanırıq ki, bu dəfə hər iki təmsilçimiz də qrup mərhələsinə vəsiqə qazanacaq.

- Canlı izlədiyiniz “Qəbələ” - “Panatinaikos” matçı ilə bağlı fikiləriniz necədir?

- Çox maraqlı və gərgin oyun oldu. Hər iki komanda. qələbə qazana bilərdi. “Qəbələ”nin qol vurmaq üçün şansları oldu. Təəssüflər olsun ki, bundan yararlana bilmədilər. Bir ara açıq futbol getdi. Hər iki komanda hücuma meyl edirdi. Əsas odur ki, təmsilçimiz sona qədər inamlı oyun sərgilədi. İndi qarşıda cavab oyunu var. Ümid edək ki, növbəti matçda “Qəbələ” bizləri sevindirəcək.

- Qarşıda milli komandamızı Avro-2016-nın seçmə mərhələsində Xorvatiya ilə ev, Malta ilə səfər oyunu gözləyir. Bu matçlardan nə gözləyirsiz?

- Biz rəqibin kimliyindən asılı olmayaraq, ev oyununda həmişə qalib gəlmək istəyirik. Bu dəfə də məqsədimiz 3 xal qazanmaqdı. Anlayırıq ki, rəqib güclüdü. Hesabından bu yaxınlarda 1 xal silinməsinə baxmayaraq, Xorvatiya millisi liderdi. Məncə, elə qrupumuzun ən güclüsü də Xorvatiyadır. Bu komandaya qarşı səfər görüşümüz çox uğursuz alınmışdı. Həmin oyunu heç yada salmaq da istəmirəm. İnanıram ki, futbolçularımız bu dəfə sərfəli nəticə qazanacaqlar.

- Bu gün (söhbət dünən olub-red.) milli komandamızın heyəti açıqlandı. Daha əvvəl Robert Prosineçkinin “oyun sistemimə uyğun gəlmir” dediyi Nurlan Novruzovun yığmaya dəvət etməsi maraqla qarşılandı. Siz bu haqda nə düşünürsüz?

- Prosineçkinin bir neçə müsbət cəhəti var. Onlardan biri də gənc, perspketivli oyunçuları daim millinin təlim-məşq toplanışına cəlb etməsidir. O demək deyil ki, dərhal həmin futbolçu meydana çıxacaq. Bu, həm də gənc oyunçu üçün stimuldu. Təcrübəli futbolçularla birgə hazırlıq keçmək gənclər üçün çox faydalıdır.

- Bir müddət əvvəl UEFA Bakı Olimpiya Stadionuna baxış keçirdi. Sözügedən arena ilə bağlı qitə futbol qurumundan nə vaxt müsbət cavab almaq mümkün olacaq?

- Avropa Oyunlarından sonra İdman Nazirliyində bzim iclasımız oldu. Orada hazırlıq planı tərtib edildi. Bildiyiniz kimi, UEFA stadionumuza müvafiq kateqoriya verməlidir. Onlar arenaya baxış keçirdikdən sonra çatışmayan cəhətləri bizə bildirdilər. Çatışmazlıqlardan biri ot örtüyüdür ki, bunu da bilirdik. Çünki Avropa Oyunlarının bağlanış mərasimindən sonra qazonun dəyişdirilməsi mütləq idi. Artıq bu gündən etibarən stadiona yeni qazon quraşdırılır. Bundan başqa, soyunub-geyinmə otağına da lazımi mebellər alınmalıdır. Artıq həmin mebellər sifariş olunub. UEFA-nın növbəti baxışına qədər hər şey qaydasında olacaq.

- Növbəti baxış nə zamana planlaşdırılır?

- Hazırda UEFA-dan cavab gözləyirik. Böyük ehtimalla, bu, 5-20 sentyabr tarixləri arasında olacaq. Amma biz öhdəlikləri üzərimizə götürmüşük və həmin vaxta qədər bütün çatışmazlıqlar aradan qaldırılacaq.

- Bir neçə gün əvvəl Moldova mətbuatında milli komandamızın noyabrda bu ölkənin yığması ilə yoxlama oyunu keçirəcəyi haqda xəbər yayılıb. Bu xəbər nə dərəcədə doğrudur?

- Bu, düzgün informasiyadır. Artıq qarşı tərəflə razılıq əldə olunub və noyabrın 17-də görüş baş tutacaq.

- Bu mövsümdən etibarən Azərbaycan Premyer Liqasının oyunlarını CBC kanalı yayımlayır. Geridə qalan müddətdə CBC-in fəaliyyətindən razısınızmı?

- Bildiyiniz kimi, oyunlar zamanı minimum 12 kamera ilə çəkiliş aparılır. Bu çox müsbət haldır. Ötən turda 3 oyun azarkeşlərə canlı təqdim olundu. Bunu da xüsusi vurğulamaq olar. Artıq azarkeşlər həftəsonu hər gün futbola baxmaq imkanı qazanıblar. Əvvəllər bunlar yox idi. Həmçinin CBC öhdəlik götürüb ki, azarkeşlərə canlı təqdim olunmayan matçların da gələcəkdə videoyazısı nümayiş olunacaq. Hal-hazırda iş gedir. AFFA və PFL rəhbərliyi mütəmadi olaraq CBC rəsmiləri ilə görüşlər keçirir. Onlar bizə daim işlərin gedişatı ilə bağlı yeni məlumatlar verirlər. CBC-nin idman kanalı nə qədər tez fəaliyyətə başlasa, bir o qədər də yaxşı olar. Qarşıdakı turda da 3 oyunun canlı yayımı nəzərdə tutulub. Oyunların HD formatında çəkilişini də qeyd etmək mümkündür. İnsanlar həmçinin qarşılaşmalara internetdən də baxa bilərlər. Son iclasda CBC nümayəndələri bizə reytinqlə bağlı rəqəmləri göstərdilər. Söyləyə bilərəm ki, çempionata maraq çox böyükdür. Sosial şəbəkələrdə də yayım məsələsi geniş müzakirə olunur. Əksəriyyətin fikri müsbətdir. Bu da futbolumuzun inkişafıdır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2019
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30





Click to Visit