19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Rəşad Sadiqov: “Kiprdə o cür tərbiyəsiz azarkeşlər qarşısında oynadıqdan sonra hər şeyə hazırıq”

“Qələbə də qazana bilərdik. Ancaq oyun qolsuz heç-heçə ilə tamamlandı. 0:0 da pis nəticə deyil. Öz meydanımızda qol buraxmadıq. Çalışacağıq ki, səfərdə sərfəli nəticə qazanaq”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Sadiqov deyib.

“Panatinakos”la oyun haqda danışan təcrübəli futbolçu kapitan Cavid Hüseynovun yoxluğundan da söz açıb: “Oyunun axırında yorğunluq var idi. Amma görüş ərzndə qol epzodlarımız oldu. Onlardan yararlana bilmədik.  Cavidin olmamağı bütün komandanın işini çətinləşdirir. O, hücumlarda komandaya çox fayda verirdi. İnanırıq ki, Yunanıstanda mərhələ adlayan tərəf biz olacağıq”.

Sadiqov Yunanıstan klubunun üzvlərinin boylarının hündü olmasını problem hesab etmədiyini vurğulayıb: “Hündürboylu rəqiblərə qarşı oynamağa öyrəşmişik. “Çukariçki”nin futbolçuları daha hündür idilər. Sadəcə, yunanlar topla daha yaxşı davranırlar. Onsuz da Avropada hamı boyda bizdən üstündü. Bu şəkildə oynamağa məcburuq”.

“Qəbələ”nin aparıcı üzvü “Panatinaikos”u mübarizədən kənarlaşdıracaqları halda klub rəhbərliyindən yarım milyon dollar mükafat alacaqları barədə yayılan xəbərlərə də aydınlıq gətirib: “Yarım milyon söhbəti yalandı. Lk növbədə onu deyim ki, bizə heç vaxt əvvəldən mükafatla bağlı heç nə demirlər. Ancaq oyundan sonra bu barədə söhbət olur. Bunlar şiayədir. Mükafatın məbləğini heç özümüz də bilmirik”.

Sadiqov “Panatinaikos” kimi rəqibi mübarizədən kənarlaşdıra biləcəklərinə inandıqlarını söyləyib: “Əlbəttə, buna inanırıq. Komanda meydanda da bunu göstərdi. Bir qədər meydançanın durumu yaxşı deyildi. Qazon palçıq di. Bilmirəm, çox sulanmışdı, ya nə idisə, top qaçırdı”.

Sonda təcrübəli futbolçu çılğın yunan azarkeşlər önündə oynamaqdan çəkinmədiklərini deyib: “Kiprdə o cür tərbiyəsiz azarkeşlər qarşısında oynasaq da, uduzmadıq. Onları gördükdən sonra hər şeyə hazırıq. Amma "Panatinaikos" köklü komandadır. Onların fanatları sadəcə dəstək baxımından çılğın ola bilərlər”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30