29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Fariz Nəcəfov: “Mən hələ də ona inanıram”

“Qəbələ”nin vitse-prezident Fariz Nəcəfov “Panatinaikos”la oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- Avroliqanın pley-off mərhələsinin ilk oyununda “Qəbələ” “Panatinaikos”la qolsuz bərabərliyə razılaşdı. Qarşılaşma barədə nə deyə bilərsiz?

- Çox gərgin oyun keçdi. Belə olacağını da gözləyirdik. Uşaqlar bütün güclərini meydanda qoydular. Qələbə də qazanmaq olardı.

- Razısız ki, oyunun sonunda “Qəbələ”nin futbolçularında güc qalmamışdı?

- Məncə, bunu hər iki komanda haqda demək olar. Bu da başadüşüləndir. Hər halda “Panatinaikos” kimi komandaya qarşı başa-baş mübarizə apardıq.

- Qolsuz heç-heçəni cavab oyunu öncəsi sərfəli nəticə hesab etmək mümkündür?

- Əsas odur ki, qol buraxmadıq. Düzdür, 1 qol vursaydıq, daha yaxşı olardı. İndi səfərdə mütləq rəqib qapısına yol tapmalıyıq.

- Cavab oyunu üçün şansları necə dəyərləndirirsiz?

- Səfərdə də belə oynasaq, şanslar 50-nn 50yədir. Komanda xarakter göstərsə, istəyimizə çatacağıq.

- Aleksey Antonovun oyununa baxanda düşünmürsüz ki, mütləq daha bir hücumçu transfer olunmalıdı?

- Mən hələ də ona inanıram. Əvvəlki oyunlarına baxmışam. Hücumçularda belə hallar olur. İnanıram ki, tezliklə etimadığımızı doğruldacaq.

- Bu gün “Qəbələ”nin azarkeş dəstəyi də az idi...

- “Apollon”la müqayisədə təhlükəsizlik həddindən artıq yüksək səviyyədə idi. Meydana yad əşyalar atılmadı. Üstəlik, səsgücləndiricilərə də qadağa qoyulmuşdu. Stadion dolsa da, azarkeşlər arasında çılğınlıq yox idi.

- “Qəbələ” qrup mərhələsinə düşsə, daha bir transfer mümkündürmü?

- Qrup mərhələsinə düşsək, 1 yox, hətta 2 futbolçu transferi də mümkündür. Çünki bu heyətlə qrup mərhələsində mübarizə aparmaq çox çətin olar. Üstəlik, ölkə çempionatı da var. Bizim futbolçular hələ də 3-4 gündən bir oynamağa öyrəşməyiblər.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31