29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Sistemə uyğun gələn” bombardir, 5 “Neftçi”li və digərləri

PROSİNEÇKİNİN AZƏRBAYCANDAN KƏNARDA AÇIQLADIĞI HEYƏTƏ BAXIŞ
Xəbər verdiyimiz kimi, bu gün milli komandamızın heyəti açıqlanıb. Futbolxeber.az-ın məlumatına görə, yığmamızın baş məşqçisi Robert Prosineçki Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya və Maltaya qarşı baş tutacaq oyunlar üçün 30 futbolçuya dəvət göndərib.

Bu siyahıda ən çox diqqətçəkən oyunçu Nurlan Novruzovdur. Maraqlıdır ki, Prosineçki Premyer Liqanın bombardiri olduğu zaman Novruzova dəvət göndərmirdi. Onun haqqında “Oyun sistemimə uyğun gəlmirdi” deyirdi. İndi nə dəyişib ki, Norvuzov Prosineçkinin “sisteminə uyğun gəlir”?

Digər diqqətçəkən məqam “Neftçi” ilə bağlıdır. Xorvat mütəxəssis yığmaya bu klubdan çox az futbolçu dəvət edirdi. Bu dəfə isə “Neftçi”nin yığmada 5 üzvü var. Özü də heyətdə yer alan “Neftçi”lilərin əksəri son zamanlar qeyri-adi heç nə ilə yadda qalmayıb. Yalnız qapıçı Aqil Məmmədov və kapitan Araz Abdullayevi istisna kimi göstərmək olar. Hər halda bu 2 futbolçu bu gün millinin heyətinə dəvət almağa layiqdirlər.

Yığmaya ilk dəfə dəvət alanlardan biri də Seymur Əsədovdur. AZAL-ın gənc yarımmüdafiəçisinin oyununu Prosineçkinin bəyəndiyi çoxlarına məlumdur. Bu isə yığmamızın çalışdırıcısı gənc futbolçunu iş başında görmək qərarına gəlib.

Gənc müdafiəçi, “Kəpəz”in üzvü Tərlan Quliyevin yığmaya dəvət almasını da müsbət məqam kimi qeyd etmək olar. Ötən mövsüm vaxtını “Qarabağ”ın ehtiyat oyunçular skamyasında keçirən Quliyev Gəncə klubuna keçdikdən sonra oyun praktikası baxımından əziyyət çəkmir.

Sonda onu da qeyd edək ki, Prosineçki 30 nəfərlik heyəti ölkəmizdə olmadan açıqlayıb. Xorvat mütəxəssis yalnız avqustun 22-də Bakıya qayıdacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31