24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Uğur qazanmaq üçün 1 faiz şansımız varsa belə, yenə də meydanda gücümüzü qoymalıyıq”

“Apollon”la oyundan sonra heyəti gücləndirməyi planlaşdırırdıq. Çünki güclənməyə ehtiyacımız var idi. Amma istəyimiz baş tutmadı. Heyətdə itkilərimiz mövcuddur. Cavid Hüseynov və cəzalı Ürfan Abbasov sabah meydana çıxa bilməyəcək. Bununla belə, heyətdə yer alacaq futbolçularımıza güvənirik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Sabah Avroliqanın pley-off mərhələsinin ilk görüşü çərçivəsində “Panatinaikos”la qarşılaşacaq təmsilçimizin baş məşqçisi hazırda matçın keçiriləcəyi “Bakcell Arena”da oyunöncəsi mətbuat konfransı keçirir.

Ukraynalı mütəxəssis Cavid Hüseynovun yoxluğu haqda sualı belə cavablandırıb: “Bu, bizim üçün böyük itkidir. Onun yoxluğunda çətinlik yaşayacağıq. Lakin indi heç nəyi dəyişə bilmərik. Əlimizdə olan futbolçulardan maksimum dərəcədə yararlanmalıyıq”.

Qriqorçuk rəqibin güclü olduğunu qeyd edib: “İlk oyunu evdə oynamağımızın heç bir fərqi yoxdur. “Panatinaikos” güclü komandadır. Heyətlərində yaxşı futbolçular var. Oyuna qədər kimin favorit olmasını söyləməyin əhəmiyyəti yoxdur. Anlayıram ki, rəqib güclüdür. Uğur qazanmaq üçün 1 faiz şansımız varsa belə, yenə də meydanda gücümüzü qoymalıyıq. Amma şansımızın 1 faizdən daha çox olduğunu hesab edirəm”,

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30