24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

“Panatinaikos”un baş məşqçisi: “Sabahkı oyunda qələbəyə ümid edirəm”

“Hər bir komandanın çətin dövrü olur. Peşəkarlıq baxımından deyə bilərəm ki, “Panatinaikos” daim meydana çıxmağa hazırdır. Əvvəlki oyunlarımızda da gücümüzü ortaya qoymuşuq. Hər oyunun öz əhəmiyyəti var. Sabahkı matçda da var gücümüzlə mübarizə aparacağıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Panatinaikos”un baş məşqçisi Yannis Anastasiu deyib.

Sabah Avroliqanın pley-off mərhələsinin ilk görüşü çərçivəsində “Qəbələ” ilə qarşılaşacaq Yunanıstan təmsilçisinin baş məşqçisi hazırda matçın keçiriləcəyi “Bakcell Arena”da oyunöncəsi mətbuat konfransı keçirir. 

 Anastasiu heyət baxımından problem yaşamadıqlarını bildirib: “Heyət baxımından çətinliyimiz yoxdur. Komanda meydanda gücünü göstərməyə hazırdı”

“Panatinaikos”un çalışdırıcısı sabah yalnız qələbə haqda düşündüyünü bildirib: “Bizim qarşıda 2 vacib oyunumuz var. Həm sabahkı, həm də bazar ertəsi keçirəcəyimiz görüşdə uğur qazanmalıyıq. Sabahkı matçda yalnız qələbəyə ümid edirəm”.

“Panatinaikos”un baş məşqçisi ilk oyunu səfərdə keçirmələrini üstünlük hesab etmir: “Ilk oyunumuzu səfərdə keçirəcəyik. Amma bunun “Panatinaikos”, yoxsa “Qəbələ” üçün üstünlük olduğunu yalnız sabahkı görüşdən sonra söyləmək olar. “Qəbələ” haqda daha əvvəl məlumatımız az idi. Lakin sonradan komandanın Avroliqada keçirdiyi oyunları, eləcə də çempionatda “Qarabağ” və AZAL-la matçlarını izlədik”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30