25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Son 4 mövsümün rekordu Gəncədə qeydə alındı

Azərbaycan Premyer Liqasının II turunun “Kəpəz” - “Zirə” oyununda (1:1) yeni rekord qeydə alınıb. Futbolxeber.az-ın məlumatına görə, Gəncədəki matçı 12500 tamaşaçı izləyib ki, bu da son 4 mövsüm üçün ən yüksək göstəricidir. Bu görüşədək mövsümün rekordu ilk turun “Xəzər Lənkəran” - “İnter” oyunu (2:0) idi - 7000. Bundan başqa, 2012/13, 2013/14 və 2014/15 mövsümlərində də belə yüksək rəqəmə təsadüf olunmamışdı.

Əvvəlki üç mövsümün rekordları Lənkəranda qeydə alınmışdı. Ötən çempionatda “Xəzər Lənkəran”  - “Sumqayıt” görüşünü 8500, 2013/14-də “Xəzər Lənkəran” - “Neftçi”, 2012/13-də “Xəzər Lənkəran” - “İnter” matçlarının hər ikisini 11000 tamaşaçı seyr etmişdi. “Kəpəz” - “Zirə” oyunu ilə müqayisədə daha çox seyrçi sonuncu dəfə 2011/12 mövsümünün sonlarında qeydə alınmışdı. 2012-ci il mayın 11-də “Xəzər Lənkəran” – “Qarabağ” matçını 13500 tamaşaçı izləmişdi. Lənkərandakı oyundan sonrakı 1192 günün rekordu Gəncədə reallaşıb.

 

pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30