28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Şahin Diniyev: “Bu gün 2 xal itirdik”

“Çox ağır oyun oldu. Emosiyaların ön planda olduğu oyundan sonra analiz etmək, danışmaq çətindir. Amma deməliyəm ki, biz bu gün 2 xal itirdik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

Premyer Liqanın ikinci turunda Gəncə klubu öz meydanında “Zirə” ilə heç-heçə oynayıb - 1:1. Diniyev qarşılaşma haqda bunları söyləyib: “Əgər komanda qol vəziyyəti yarada bilmirsə, o zaman heç-heçəyə sevinmək olar. Lakin biz çox sayda qol epizodu yaratsaq da, bunlardan birindən maksimum istifadə etdik. Futbolçulara etirazım yoxdur. Oyunçular isti havada meydançanın hər qarışı üzrə mübarizə apardılar. Qısa zaman ərzində biz oyun formalaşdıra bilmişik. Bəzi çatışmazlıqlar zaman keçdikcə aradan qalxacaq. Bu gün Gəncədə futbol bayramında bizimlə olan hər kəsə təşəkkür edirəm”.

 

pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31