23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Məşqçilər Komitəsinin üzvləri "Qəbələ" və "Qarabağ"ın oyunlarını izləyəcək

Bu gün AFFA-nın Məşqçilər Komitəsinin üzvləri bir araya gəlib. Futbolxeber.az-ın məlumatına görə, bu barədə "Report"a komitə sədri Vaqif Sadıqov məlumat verib.

O bildirib ki, komitə üzvləri "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsində avqustun 20-də keçirəcəkləri oyunları izləyəcək: "Qarabağ"ın oyununu Ağasəlim Mircavadov izləyəcək. Mən isə "Qəbələ"nin oyununa yollanacam".

Bundan başqa, Vaqif Sadıqov 19 yaşadək futbolçulardan ibarət milli komandanın baş məşqçisi Nazim Süleymanovla görüşdüyünü də qeyd edib. Onun sözlərinə görə, görüşdə yığmanın Malta ilə keçirdikləri 2 yoldaşlıq oyunlarının nəticələri müzakirə edilib və fikir mübadiləsi aparılıb.

V.Sadıqov komitə üzvlərinin Azərbaycan Premyer Liqasının oyunlarını izləyəcəyini də əlavə edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30