16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Öldürülən jurnalisti əməliyyat edən həkim danışdı: "Ağır travma almışdı"

1 saylı şəhər Klinik Xəstəxanasının həkimi, jurnalist Rasim Əliyevin əməliyyatını həyata keçirən professor Saday Əliyev hadisə ilə bağlı haqqında səsləndirən ittihamlara münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, lent.az-a açıqlama verən professor S.Əliyev bildirib ki, jurnalist  Rasim Əliyevin nə xəstəxanaya qəbulundan nə onun müayinəsindən və nəzarət olunmasından onun xəbəri olmayıb və bu proseslərdə iştirak etməyib. Professor deyib ki, mərhum jurnalistin valideynlərini tanımır, görməyib: "Mənə yalnız məsul cərrah xəstəni təcili əməliyyat etməyi həvalə etdi və xəstəni mən yalnız əməliyyat stolunda görmüşəm".

S.Əliyev qeyd edib ki, jurnalist Rasim Əliyevin vəziyyəti həddindən artıq ağır olub: “Əməliyyat zamanı aydın oldu ki, xəstə bədənin hər tərəfini əhatə edən çoxsaylı, ağır travma alıb. Nəticədə xəstənin daxili orqanlarının əksəriyyəti parçalanıb, cırılıb, funksiyasını itirib. Travmanın xarakteri, daxili orqanların vəziyyəti və əməliyyat barədə mən məlumat vermişəm. Qeyd etməliyəm ki, alınmış bədən xəsarəti ağır kateqoriyaya aiddir (döş qəfəsinin və qarın nahiyəsinin müştərək travması, qabırğalarının çoxsaylı sınıqları, ağ ciyərin əzilməsi, dalağın partlaması, mədəaltı vəzinin cırılması). Əməliyyatın həcmi travmanın xarakterinə uyğun olub. Lakin çox təəssüf ki, xəstəni xilas etmək mümkün olmadı. Xəstənin ölümü hər bir cərrah üçün dərin psixoloji şok, mənəvi travmadır. Allah ona rəhmət eləsin”.

Professor deyib ki, məsələ ilə bağlı istintaq orqanlarına hərtərəfli ifadə verib. Jurnalistin ölümünə görə onun da təqsirli bilinərək haqqında cinayət açılması ehtimalı ilə bağlı isə S.Əliyev deyib ki, bu barədə istintaq orqanlarından ona heç bir xəbərdarlıq edilməyib və belə bir ehtimal yoxdur: "Mərhumun ölümündən sonra keçirilən ekspertizanın rəyi də bizim diaqnozumuzla üst-üstə düşdü və müayinəmizin doğruluğu təsdiqləndi".  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30