24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Cavid Hüseynov həbs olundu

Bir neçə dəqiqə əvvəl Sabayel Rayon Məhkəməsində “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynov həbs olunub. Futbolxeber.az-ın musavat.com-a istinadən verdiyi məlumata görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə Sabayel Rayon Prokurorluğunun C.Hüseynov barəsində təqdimata baxılıb və futbolçu 3 ay müddətinə həbs olunub.

C.Hüseynov Cinayət Məcəlləsinin 307.1, 307.2 -  cinayəti bilib gizlətmə maddəsi ilə ittiham elan olunub. C.Hüseynovun vəkili Adəm Məmmədov məlumatı təsdiqləyib. Bildirib ki, futbolçu barəsində həbs qərarından apelyasiya şikayəti veriləcək.   

Qeyd edək ki, jurnalist Rasim Əliyev C.Hüseynovun bibisi oğlu Elşən İsmayılov və daha 6 nəfər tərəfindən vəhşicəsinə döyülüb. 4 qabırğası sındırılan, qulağı zədələnən jurnalist 1 saylı Kliniki Tibii Mərkəzə aparılıb və orada dünyasını dəyişib. Olaydan sonra E.İsmayılov həbs olunub. O da peşəkar idmançıdır, AZAL komandasının əvəzedici heyətində müdafiəçi mövqeyində oynayıb. E.İsmayılovun 21 yaşı var. O, 1994-cü il iyun ayının 21-də anadan olub. Onunla bərəbər jurnalistin döyülməsində iştirak edən şəxslərin də saxlanılması haqda məlumat var.

***

APA-nın xəbərinə görə, jurnalist Rasim Əliyevə xəsarət yetirməkdə təqsirləndirlən 6 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. 
Onlar barəsində Səbayel rayon Məhkəməsinin tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 
Həbs edilənlər arasında futbolçu Cavid Hüseynov və onun bibisioğlu Elşən İsmayılov da var. Vəkil Adəm Məmmədov APA-ya bildirib ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə C.Hüseynov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
O, Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 307.1-ci və 307.2-ci maddələri ilə təqsirləndirilir.
 
A. Məmmədov Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəklərini də açıqlayıb



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30