6 Fevral 2026, Cümə
"Yenə də favorit "Qarabağ"dır"
"Neftçi"də braziliyalı vinger?
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb

Ölkə futbolu

AFFA ölən jurnalistlə bağlı bəyanat yaydı

AFFA bəyanat yayıb. Futbolxeber.az həmin bəyanatı təqdim edir:

2015-ci il avqustun 8-də Bakı şəhərində şəxsiyyəti hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilməkdə olan bir qrup şəxs tərəfindən jurnalist Rasim Əliyev fiziki təzyiqə məruz qalaraq ağır bədən xəsarətləri almış, avqustun 9-da səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat etmişdir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası mətbuat nümayəndəsinə qarşı yol verilmiş zorakılığı ölkə futbol ictimaiyyəti adından kəskin şəkildə pisləyir.

AFFA hüquq-mühafizə orqanları tərəfindən hadisənin günahkarlarının ən qısa zamanda müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacağına inanır, mərhum jurnalistin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. 


affa.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28