29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Xəstəxanaya aparılan azarkeşlərin hamısı evə buraxılıb”

“Dünən mən xəstəxanaya 5 azarkeş aparmışdım. Onların da hamısı artıq evə buraxılıb”. Bunu Futbolxeber.az saytına açıqlamasında “Qəbələ”nin Marketinq üzrə meneceri Səməd Nəsibov deyib.

Klub rəsmisi 1 azarkeşin dünyasını dəyişdiyi barədə yayılan xəbərdən məlumatsız olduğunu qeyd edib: “İnsidentdən sonra xəstəxanaya yollandıq. Azarkeşlərin ikisinə ilkin tibbi yardım göstərildi və onlar dərhal evə buraxıldılar. Daha iki fanat xəstəxananı gecə 3-4 radələrində tərk etdi. Vəziyyəti nisbətən pis olan azarkeş isə bu gün səhər saatlarında xəstəxanadan ayrıldı. Mənim xsətəxanaya apardığım azarkeşlərdən hansınınsa dünyasını dəyişməsi yalandır. Dediyim kimi, onların 5-i də normal vəziyyətdə evə buraxılıb”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31