19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Qriqorçuk: “İdeal olmasa da, pis çıxış etmədik”

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” - “Apollon” (Kipr) oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük: “Qalib gəlib, pley-offa yüksəldiyimiz üçün çox xoşbəxtik. Azarkeşlərə qələbə sevinci bəxş etdiyimiz üçün çox şadıq. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm. Bu oyunda azarkeş dəstəyi çox əla idi. “Apollon”la oynamaq heç də asan olmadı. Rəqib sürətli komanda idi. Bizim komanda ideal olmasa da, pis çıxış etmədi. Lazım olan nəticəni əldə etdik. Lakin oyun planında texniki xətalara yol verdik. Futbolçular bəzən emosiyalara qapılırdı. Pley-offda da çox çətin olacaq. Bu mərhələdə asan qarşılaşma olmur. Əlbəttə ki, əsas heyət oyunçuları Cavid Hüseynov və Ürfan Abbasovun cəzalı duruma düşməsi də bu çətinliyi artırır. Lakin ehtiyatda olanlar da yaxşı futbolçulardır. Azərbaycanda özümü çox rahat hiss edirəm. Çünki burada yalnız yoldaşlıq, dostluq, mehribanlıq görürəm”.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30