19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Vaqif Sadıqov: “AZAL rəhbərliyi ilə problem yarana bilər”

AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov aparıcı futbolçuların komandanı tərk etməsinə münasibət bildirib. 54 yaşlı mütəxəssis Lent.az-a açıqlamasında heyətin yarısı ilə müqavilə müddətinin başa çatdığını deyib.

Onun sözlərinə görə, futbolçuların bir çoxu iddialı klubların maraq dairəsinə düşməsi sevindirici haldır: “Mən bunu normal qəbul edirəm. Əsas məsələ odur ki, komanda şəklində güclü olaq. Gedənlərin yerinə elə futbolçular tapmalıyıq ki, yenə kollektiv oyun sərgiləyərək, uğurlu nəticələr göstərə bilək”.

Bununla belə, Sadıqov klubun növbəti mövsüm üçün hədəflərinin müəyyənləşdirilməsini vacib sayıb. O, yaxın günlərdə rəhbərliklə görüşünün olacağını bildirib: “Növbəti mövsümdə Avropa kuboklarına vəsiqə qazanmağa qadir komanda yaratmaq istəyiriksə, heyət gücləndirilməlidir. Əks halda, istər-istəməz rəhbərliklə baş məşqçi arasında problem yarana bilər. Çünki yüksək nəticələr tələb edirsənsə, bunu gerçəkləşdirməyə qadir komanda də olmalıdır”.

Qeyd edək ki, hələlik AZAL-ı 3 futbolçu rəsmən tərk edib. Müdafiəçi Usim Nduka Bakı “İnter”inə yarımmüdafiəçi Zohair Benuahi və hücumçu Franko Nildo isə “Xəzər Lənkəran”a üz tutub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30