20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Bakcell Arena”da növbəti qalmaqal: Kiprli jurnalist aranı qatdı

Avroliqanın III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Qəbələ” - “Apollon” görüşündən sonra növbəti qalmaqal MİX Zonada yaşanıb. Futbolxeber.az-ın məlumatına görə, Cavid Hüseynovun azərbaycanlı jurnalistlərə müsahibə verdiyini görən kiprli mətbuat nümayəndələri ona yaxınlaşıblar. Qapıdan çıxarkən futbolçunu yaxalayan kiprli jurnalist Hüseynova, “sən nə üçün Türkiyə bayrağını dalğalandırdın” sualını verib. “Qəbələ”nin kapitanı isə öz növbəsində ingilis dilində ona “Türkiyə mənim dostumdur” deyib. Bundan hiddətlənən və “deyəsən, çox xoşbəxtsən” deyən kirpli jurnalist futbolçumuzun ardınca gedib. Jurnalistin Cavidin çantasını dartdığını görən “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı hadisə yerinə yaxınlaşıb. Klub rəsmisi həmin jurnalistə Kiprdə baş tutan oyundan sonra Azərbaycanı təhqir etdiyini xatırladıb və bundan sonra məsələ böyüyüb. Nəticədə tərəflər arasında mübahisə düşüb. Olaya AFFA-nın baş katibi Elxan Məmmədov, “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov və polislərin müdaxiləsindən sonra ara sakitləşib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30