29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Svanadze: “Az da olsa, “Atletik”i keçmәyә ümid var”

“İspan qonaqlar xoş gәlib. Komandamız oyuna hazırdı. Heyәtdә zәdәli futbolçu yoxdu. Çalışacağıq ki, “Atletik”ә layiqli müqavimәt göstәrәk”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

UEFA Avropa Liqası III təsnifat mərhələsi cavab qarşılaşmasında Bakıda İspaniyanın “Atletik” klubunu qəbul edəcək “bankirlər”in baş məşqçisi oyunöncəsi mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bildirib: “Çox güclü komandaya qarşı oynayacağıq. Az da olsa, mәrhәlәni keçmәyә ümid var”.

Gürcü mütəxəssis fürsətdən istifadə edib azarkeşlərdən dəstək istəyib: "Bizim dә öz azarkeşlәrimiz var. Onlardan dәstәk gözlәyirik".

Çalışdırıcı maaşların bu gün verildiyini bildirib: "Hәr şey qaydasındadı. Pul almışıq".

Svanadze "İlk "11-liy"i aydınlaşdırısınızmı?" sualına belә cavab verib: "Bәli, heyәt artıq bәllidi".

O, süni meydan amilinin "İnter"ә müәyyәn qәdәr kömәk edә bilәcәyini deyib: "Süni meydan amili müәyyәn qәdәr bizә yaxşı tәsir edә bilәr. Yәni "Atletik"in bu meydançada sәhvlәr etmәsi mümkündür” (apasport.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31