29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“İnter”in yeni transferi: “İndiyədək pulla oynamışıq, bir az da pulsuz oynayaq”

"İnter" komandasının baş məşqçisi Zaur Svanadze məni komandasında görmək istədi. Rəhbərliklə görüşdük və razılaşdıq". Futbolxeber.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında "İnter" klubunun yeni transferi Ruslan Əmircanov deyib.

Zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan müdafiəçi əvvəlki formasına qayıtmaq istədiyini bildirib: "Komandanın hazırkı maddi durumu yaxşı deyil. Lakin bu, heç nəyi dəyişmir. İndiyədək pulla oynamışıq, bir az da pulsuz oynayaq, komandaya xeyir verək".

Təcrübəli müdafiəçi yeni komandasının Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi İspaniya "Atletik"i ilə cavab görüşündən də danışıb. R.Əmircanov müqavilə imzalamasına baxmayaraq, yeni komandasına meydanda kömək edə bilməyəcəyi üçün təəssüfləndiyini söyləyib: "Komandaya yalnız tribunadan dəstək verə bilərəm. Çünki Avroliqada III təsnifat mərhələsinin ilk oyunundan sonra alınmışam. Düzdür, "Atletik" güclü komandadır. Bəlkə də Azərbaycan klublarının UEFA bayrağı altında keçirilən yarışlarda belə güclü rəqibi olmayıb. Üstəlik, bunu "İnter" üçün uğur hesab etmək olar. Çünki əvvəlki illərdə komanda ikinci mərhələdə mübarizəni dayandırırdısa, indi üçüncü mərhələdə çıxış edir. Bir məsələ də var ki, İspaniyadakı oyundan əvvəl hamı "İnter" 4-5 qol buraxacaq" deyirdi, amma elə olmadı. Həmin iki qol da adi səhvlər nəticəsində oldu. Rəqib elə komandadır ki, belə səhvləri bağışlamır. "Atletik" səfər oyununda üstün olan tərəf kimi meydana çıxacaq və ola bilər ki, rahat oynasın. Amma "İnter" oyuna ciddi yanaşsa, uğur əldə etmək olar. Hər şey komandanın, futbolçuların əlindədir".

Qeyd edək ki, Ruslan Əmircanov 2016-cı ilin yanvarınadək "İnter"in heyətində çıxış edəcək. O, 2012-ci ilin iyunundan 2014-cü ilin mayınadək də bu klubun formasını geyinib. O, sonradan "Qəbələ"yə transfer olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31