19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Şahin Diniyev: “Bu oyun bizə çox lazım idi”

“Həftəlik ritmə oturmaq istəyirik. Ona görə bu oyun vacib idi. Çempionatda həftədə bir matç keçirəcəyik və buna uyğunlaşmalıyıq”. Futbolxeber.az-ın məlumatına görə, “Kəpəz”in baş məşqçisi Şahin Diniyev bu sözləri klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Başçılıq etdiyi komandanın “Neftçala” ilə yoxlama oyunu haqda danışan təcrübəli mütəxəssis rəqibi tərifləyib: “I Divizionda mübarizə aparan Neftçala təmsilçisindən yoxlama oyunu keçirmək üçün xahiş etdik, sağ olsunlar ki, etiraz etmədilər. Yaxşı görüş oldu. “Neftçala” layiqli rəqib idi. Premyer Liqada oynaya biləcək komandalardandır”.

Aşağı liqa klubu ilə oyun “Kəpəz”in çempionat öncəsi hazırlıq dönəmində son sınaq matçı olub. Bu mənada Diniyevin komandası üçün qarşılaşma xüsusi əhəmiyyət daşıyıb: “Meydanda hər hissədə bir heyətə şans verdim. Əsas heyətdən başqa “18-liy”i də müəyyənləşdirdim. Sonuncu sınaq matçı kimi bu oyun bizə çox lazım idi. Səhvlər üzərində işləyəcəyik, çatışmazlıqları minimuma endirməyə çalışacağıq. Oyunumuzdakı yaxşı şeyləri artırmağa səy göstərməliyik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30