18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Belə qərar verilibsə, nə edə bilərik?"

FİFA tərəfindən qoyulan transfer qadağası "Xəzər Lənkəran" komandasının uğurlu çıxışına mane olmayacaq. Futbolxeber.az-ın məlumatına görə, bu barədə "Report"a komandanın baş məşqçisi Yunis Hüseynov bildirib.

50 yaşlı mütəxəssis transfer qadağasına baxmayaraq, çempionatda uğurla çıxış etməyə çalışacaqlarını bildirib: "Belə qərar verilibsə, nə edə bilərik? Təbii ki, əlimizdəki futbolçularla çempionata başlayaraq, ilk 3 turda uğurlu nəticə əldə etməyə çalışacağıq".

Y.Hüseynov yeni transfer L’imam Seydinin bu gün Azərbaycana gələcəyini də deyib. 29 yaşlı fransalı hücumçu ilk olaraq Lənkərana səfər edəcək və komandanın düşərgəsinə qoşulacaq. Daha sonra L.Seydi müqavilə imzalamaq üçün Bakıya gələcək və 2 illik müqavilə imzalanacaq. Amma bu və digər yeni transferlər yalnız avqustun 31-dən sonra rəsmi oyunlarda meydana çıxa biləcəklər.

Qeyd edək ki, İdman Arbitraj Məhkəməsi (CAS) "Xəzər Lənkəran"a qoyduğu transfer qadağasını qüvvədə saxlayıb. Qərara əsasən, qadağa avqustun 31-dək davam edəcək. Bu müddətdə "ağ-yaşıllar" Azərbaycan Premyer Liqasının "İnter" və "Rəvan"la ev, "Sumqayıt"la səfər matçlarında yeni transferlərinin xidmətindən yararlana bilməyəcək. "Xəzər Lənkəran" 2011-ci ilin yayında transfer olunmuş və heç bir oyunda forma geyinmədən komandadan göndərilmiş bosniya və herseqovinalı futbolçu Veldin Muharemoviçin şikayətindən sonra transfer qadağasına məruz qalıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30