19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Seltik"in məşqçisi: "Meydanın durumu hər iki komandanın oyununa təsir edəcək"

"Əlbəttə, stadionun ot örtüyü ilə bağlı bizdə bir qədər narahatçılıq var. Lakin Bakıya gedib, qazonun necə olduğunu yoxlayacağıq. Bir qədər əvvəl telefonla danışdım və mənə ot örtüyünün yaxşı vəziyyətdə olmadığını dedilər. Bununla belə, oyunun baş tutmayacağını düşünmürəm". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Seltik”in məşqçisi Con Kollins Bakıya yola düşməzdən əvvəl Qlazqo hava limanında Britaniya mətbuatına açıqlamasında deyib.

Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü ilə bağlı yaranmış problemə münasibət bildirən Kollins qazonun yaxşı vəziyyətdə olmamasının hər iki komandanın oyununa təsir edəcəyini vurğulayıb: "Bakıda havanın hərarəti olduqca yüksəkdir. Əgər qazonda hər hansı problem varsa, yəqin ki, ot örtüyünün görünüşü də yaxşı deyil. Təbii ki, biz yüksək standartlara malik ot örtüklü meydanda oynayacağımızı gözləyirik. Lakin əgər bu baş verməsə, o zaman oyunumuza köklənməliyik.

Stadionun qazonunda kələ-kötür yerlər varsa, oyun zamanı uzun ötürmələrdən istifadə etməli və topu meydanın özümüzə aid hissəsində saxlamamalıyıq. Təbii ki, bəhs etdiyim şeylər futbol üçün ideal deyil. Ancaq biz hər vəziyyətə uyğunlaşmalıyıq. Çünki hər iki komanda eyni şərtlər altında çıxış edəcək. Bilirik ki, "Qarabağ" da bizim kimi yerdən oynamağı sevən komandadır. Ona görə də meydanın durumu hər iki komandanın oyununa təsir edəcək".

Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - "Seltik" oyunu saat 21:30-da başlayacaq. Bu komandalar arasında keçirilən ilk görüşdə 1:0 hesabı ilə Şotlandiya təmsilçisi qalib gəlib (qol.az).  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30