29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Azərbaycan Premyer Liqasını yayımlamaq üçün 1 milyon ödəməyə hazır olan kanal tapıldı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqasının Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə bağlı 20 iyul 2015-ci il tarixində  elan etdiyi tenderə sənədlərin son təqdim olunma müddəti avqustun 3-də, saat 18:00-da başa çatıb. Futbolxeber.az-ın məlumatına görə, tenderdə iştirak etmək  üçün yalnız bir TV kanalı müraciət edib. Tenderin yekun qərarı barədə yaxın günlərdə rəsmi məlumat veriləcəkdir.

Qeyd edək ki, tenderin şərtləri aşağıda qeyd olunbr:

- Premyer Liqanın hər tur minimum 2 oyun canlı yayımlansın

- Oyunları yayımlayacaq televiziya kanalında mövsümü əhatə edən həftəlik futbol verilişi hazırlansın

- AFFA-nın təşkil etdiyi liqaların hər həftə minimum 1 oyunu canlı və ya videoyazı şəklində yayımlansın

Tenderin məbləği 1 (bir) milyon manatdır. Bu vəsait Premyer Liqa klubları arasında bərabər şəkildə bölünəcək.

Tenderin qalibi oyunların görüntülərini yaymaq, satmaq, hər hansı digər yayımçıya vermək səlahiyyətinə malik olacaq.

Tenderin qalibi üçün stadionda reklam bannerləri üçün yer ayrılacaq.

Oyunların vaxtı 10 gün əvvəlcədən PFL və televiziya kanalı tərəfindən birgə müəyyənləşdiriləcək.

 

affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31