28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

23 ilin rekordçuları

Bu həftə Premyer Liqada 24-cü mövsümün ilk oyunları baş tutacaq. Futbolxeber.az-ın məlumatına görə, nəticəsi ləğv olunan matçlar nəzərə alınmamaqla, arxada qalan 23 çempionatda 2680 futbolçu iştirak edib. 1992-ci ildə start götürən yarışda ən çox oyun keçirən futbolçu Mahmud Qurbanovdur. 421 oyuna çıxan sabiq yarımmüdafiəçi Azər Məmmədovdan 23, Aslan Kərimovdan 29 matç öndədir. Karyerasını davam etdirən oyunçulardan yalnız ikisi - Rəşad Abdullayev və Rəşad Sadiqov ilk 10 futbolçu arasında yer alıb.

23 ildə 1275 futbolçu rəqib qapısına qol vurub. Bombardirlər siyahısına 183 dəfə fərqlənən Nazim Əliyev başçılıq edir. O, Müşfiq Hüseynovdan 58 qol çox vurub. 3-cü olan Rövşən Əhmədov ən sərrast oyunçu Əliyevdən 67 top geri qalır. İlk 10 pillədə qərarlaşanların hər biri futbolçu karyerasını başa vurub.  

Premyer Liqada ən çox oyun keçirən 10 futbolçu

1.

Mahmud Qurbanov

421

2.

Azər Məmmədov

388

3.

Aslan Kərimov

382

4.

Aqil Məmmədov

363

5.

İsmayıl Məmmədov

351

6.

Rəşad Abdullayev

337

7.

Kənan Kərimov

327

8.

Rəşad Sadiqov

318

9.

Nadir Nəbiyev

316

10.

Mübariz Orucov

311

Premyer Liqanın 10 ən yaxşı bombardiri

1.

Nazim Əliyev

183

2.

Müşfiq Hüseynov

125

3.

Rövşən Əhmədov

116

4-5.

Qurban Qurbanov

115

 

Samir Ələkbərov

115

6.

Alay Bəhramov

108

7.

Nadir Nəbiyev

103

8-9.

Xaqani Məmmədov

102

 

Vadim Vasilyev

102

10.

Kənan Kərimov

101

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31