18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Xaqani Məmmədov: “Qəbələ”nin qazandığı penalti haqlı idi”

“Apollon”la görüşün son dəqiqələrində “Qəbələ”nin qazandığı penalti haqlı qərar idi”. Futbolxeber.az-ın məlumatına görə, bunu apasport.az saytına AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

UEFA Avropa Liqasının III təsnifat mərhələsində baş tutan “Apollon” - “Qəbələ” (1:1) matçında hakim idarəçiliyini dəyərləndirən Məmmədov “Qəbələ”nin lehinə son dəqiqələrdə penalti təyin edən ukraynalı Sergey Boykonun qərarını haqlı sayıb: “Hakim, bəlkə də, həmin epizodda penalti verməyəcəkdi. Sadəcə, ötürmə zamanı Boykonun mövqeyi əla idi. Başqa hakim olsaydı, bəlkə də, eyni qərarı verməzdi. Ancaq o, özündə cəsarət tapıb penaltini təyin etdi”.

Penalti zərbəsini qola çevirən “Qəbələ”nin kapitanı Cavid Hüseynovun jesti barədə də danışan komitə sədri ukraynalı hakimin bu dəfə səhvə yol verdiyini qeyd edib: “Cavid Hüseynovun həmin hərəkəti təxribatçı jest idi. Hakim onu cəzalandırmalı, qırmızı vərəqə göstərməli idi. Ancaq həmin anda bütün diqqətlər ehtiyat oyunçular skamyası tərəfə yönəlmişdi. Çünki orda gərginlik yaşanmışdı. Ora da Cavidin olduğu yerdən tam əks istiqamətdə idi. Həm baş hakimin, həm də köməkçilərinin gözü gərginlik yaranan yerdə olduğundan, Cavidin jestini görmədilər. Ancaq məncə, futbolçu cəzalandırılacaq. Yəqin ki, UEFA-nın Nizam İntizam Komitəsi buna görə, ona cəza verəcək”.

Qeyd edək ki, “Qəbələ” ilə “Apollon” arasında cavab görüşü avqustun 6-da “Bakcell Arena”da keçiriləcək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30