26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Roman Qriqorçuk: “Hakimin nə vaxt penalti təyin etməsinin fərqi yoxdur”

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Apollon” (Kipr) - “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun iştirakı ilə mətbuat konfransı keçirilib. Futbolxeber.az-ın məlumatına görə, ukraynalı mütəxəssis matçın baş hakimi olan həmyerlisinin düzgün qərar qəbul etdiyini düşündüyünü bildirib: “Oyun yaxşı səviyyədə keçdi. Stadiondakı atmosfer, azarkeşlərin komandalarını dəstəkləməsi də xoşuma gəldi. Qarşılaşmanın gedişində hesabda geri olub, sonradan bərabərlik qolunu vurduğumuzu nəzərə alsaq, hesabı normal saymaq olar. Komandamız bu matçda yaxşı, rəqibdən daha güclü oynadı. Biz “Apollon”la müqayisədə daha çox qol imkanları yaratdıq. Düşünürəm ki, hesab fərqli, bizim xeyrimizə də ola bilərdi. “Apollon” yaxşı komandadır. Hakimlikdən danışarkən, siz emosiyalara əsaslanırsız. Bu matçın hakimi yüksək səviyyəyə malikdir. Bütün komandalar oyunlarına onun təyinat almasını istəyir. Emosiyaları kənara qoyub, oyunu bir daha peşəkar gözüylə izləsəniz hakimlik haqda fikirləriniz dəyişər. Komandam qalib gəlmirsə, mən narazı qalıram. Hakimin nə vaxt penalti təyin etməsinin fərqi yoxdur. Əsas qərarın düzgün verilib-verilməməsidir. Bu oyundakı epizodun təkrarına baxmasam da, hakimi tanıdığımdan, səviyyəsinə, təcrübəsinə bələd olduğumdan onun düzgün qərar verdiyinə əminəm”.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30