24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

"Seltik"in qələbə topunun müəllifi: "Cavab görüşü həqiqətən ağır olacaq"

"Hələ öncədən bilirdik ki, rəqib topla oynamağı yaxşı bacaran komandadır. Onlar topu özlərində çox saxladıqdan sonra qol imkanları arayırdılar". Futbolxeber.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın "Qarabağ" klubu ilə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Şotlandiya "Seltik"inin yeganə qolunu vurmuş futbolçu Dedrik Boyata deyib.

25 yaşlı müdafiəçi bildirib ki, seçdikləri düzgün taktika sayəsində müsbət nəticəyə nail olublar. Lakin Konqo əsilli belçikalı oyunçu cavab görüşündə "Qarabağ"ın da lazımi nəticəni qazanmaq imkanının olduğunu vurğulayıb. O, Bakıdakı qarşılaşmanın "Seltik" üçün çətin keçəcəyini etiraf edib: "Öz meydanımızda qalib gəlmişik və Bakıya üstünlüklə yollanırıq. Amma hələ daha 90 dəqiqə oynamalıyıq. Bu isə həqiqətən ağır olacaq. Bilirik ki, səfər qolu bizim üçün çox vacibdir. Bakıda da qalib gəlməyə qadirik. 90 dəqiqə ərzində nələrin baş verəcəyini heç vaxt bilmək olmur. Amma biz yaxşı nəticə ilə qayıda bilərik".

Qeyd edək ki, Dedrik Boyata "Qarabağ"ı 82-ci dəqiqədə künc zərbəsindən sonra məyus edib. Avqustun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşü saat 21:30-da başlanacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30