23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Kəpəz”in zədəliləri sıraya dönür

“Kəpəz”in zədəliləri sıraya dönür. Futbolxeber.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, əzələsi dartılan futbolçulardan Budaq Nəsirovla Ceyhun Cavadovun durumu yaxşıdı. Artıq hər iki futbolçu fəal şəkildə məşqlərdə iştirak edə biləcək. Komandanın həkimi Şıxəli Həsənov gənc yarımmüdafiəçilərin müalicə və bərpa prosesinin uğurla keçdiyini bildirib.

“Sarı-göylər”in digər aparıcı futbolçusu Bəxtiyar Soltanovun durumu isə fərqlidir. Həsənovun sözlərinə görə, əzələ yırtığından əziyyət çəkən oyunçu hələ bir müddət komandadan kənarda qalmalı olacaq. Müalicəsi davam etdirilən Soltanovun həftəsonu təkrar müayinədən sonra məşqlərə nə vaxt başlayacağına aydınlıq gələcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30