13 Dekabr 2019, Cümə
Yurçeviç göndərildi, yerinə isə...
“Qarabağ” “Düdelanj”la heç-heçə etdi
Millimizin sabiq üzvü həbs olundu
“Qəbələ”nin qapıçısına sərt cəza

Ölkə futbolu

Rəşad Sadıqov: "Seltik" gözlədiyimizdən də güclü çıxdı"

"Matça normal hazırlaşmışıq. Başa düşürük ki, bizi səfərdə çox çətin və ağır oyun gözləyir". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları "Seltik"lə oyunöncəsi "ANS" telekanalına deyib.

Rəqibi analiz etdiklərini deyən Sadıqov "Seltik"in gözləniləndən daha güclü olduğunu bildirib: "Rəqibi analiz etmişik. "Seltik" gözlədiyimizdən də güclü çıxdı. "Seltik" əvvəllər Britaniya futboluna üstünlük verirdisə, indi texnikalı oyun nümayiş etdirirlər. Heyətlərində 4-5 ucaboy futbolçu var. Bu isə o deməkdir ki, rəqib standart vəziyyətlərdən təhlükəlidir. Ona görə də işimiz çox çətin olacaq".

Qeyd edək ki, sabah keçiriləcək "Seltik" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq (qol.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2019
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31