11 Dekabr 2019, Çərşənbə
“Qəbələ”nin qapıçısına sərt cəza
Özbəkistanlı yarımmüdafiəçi "Keşlə"də
Məmmədov Dadaşlinskinin qonağı oldu
"Neftçi"nin 5 üzvü rəmzi komandada

Ölkə futbolu

Prosineçki: “Almaniya ilə oyunu səbirsizliklə gözləyəcəm”

“Dünya çempionatının seçmə mərhələsində Almaniya ilə oyunu səbirsizliklə gözləyəcəm”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

DÇ-2018-nin seçmə mərhələsində millimiz Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San Marino yığmaları ilə qarşılaşacaq.

Əvvəlki açıqlamasında Xorvatiya və Malta ilə oyunların hazırkı məqamda onun üçün daha önəmli olduğunu deyən Prosineçki bu dəfə növbəti seçmə mərhələ haqda fikirlərini bölüşüb.

Sağlamlığı ilə bağlı problem yaşadığı üçün Sankt-Peterburqdakı püşkatma mərasiminə qatılmayan Prosineçki çətin qrupa düşdüyümüzü etiraf edib: “Düzdü, püşkatma mərasimində iştirak edə bilmədim. Ancaq bu, heç bir önəm kəsb etmir. Bizim bəxtimizə çətin qrup düşdü. Bunu qrupumuza nəzər salmaqla, anlamaq olar”.

Prosineçki Şimali İrlandiya və San Marino komandaları haqda danışmasa da, digər 3 rəqib barədə fikirlərini səsləndirib: “Norveç bizə tanış rəqibdi. Bu yaxınlarda onlarla qarşılaşmışıq. Çexiya yığması haqda ətraflı danışmağa ehtiyac yoxdu. Onsuz da, hamı onların necə komanda olduğunu yaxşı bilir. Çexiya həmişə yaxşı oyun göstərib, indi də elədi. Ancaq bayaq dediyim kimi, mənim üçün ən çox maraq doğuran Almaniya ilə görüş olacaq. Onlar sonuncu dünya çempionudurlar və bu cür komandanın müdafiəçilərinə qarşı oynamaq çox maraqlı olacaq”.

Qısaca olaraq, Xorvatiyanın da dünya çempionatının seçmə mərhələsində yer aldığı qrupa (Xorvatiya, İslandiya, Ukrayna, Türkiyə, Finlandiya) da toxunan təcrübəli çalışdırıcı həmvətənlərini favorit saydığını bildirib: “Mənə görə, Xorvatiya qrupdakı bütün komandalardan güclüdü, yəni favoritdi. Təbii ki, asan olmayacaq. Ancaq mən qrupdakı rəqibləri münasib sayıram”.

Qeyd edək ki, millimiz DÇ-2018-nin seçmə mərhələsi çərçivəsində Almaniya ilə ev oyununu 2017-ci il, martın 26-da, səfər görüşünü isə həmin il, oktyabrın 8-də keçirəcək (apasport.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2019
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31