18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Bizə qarşı oynamaq "Qarabağ"a çətin olacaq"

"Qarabağ"ın oyunu ilə "Renn"in oyunu arasında heç bir fərq görmürəm. Fransa klubu haqda başqa heç nə deyə bilmərəm. Bir də onu bilirəm ki, "Renn"in heyətində norveçli futbolçu çıxış edir". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Seltik"in baş məşqçisi Ronni Deyla "Renn"lə keçirilən yoxlama görüşündən sonra (2:0) klubun rəsmi saytına açıqlamasında deyib.

Norveçli mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları "Qarabağ"la oyuna da toxunub: "Bizə qarşı oynamaq "Qarabağ" üçün çətin olacaq. Onlar daha öncə "Seltik"lə heç vaxt oynamayıb. Doğma meydanda keçirəcəyimiz ilk oyunda müdafiədə diqqətli oynamalıyıq. Əgər bunu bacarsaq, mərhələ keçmək üçün yaxşı şansımız yaranacaq. Yaxşı rəqiblə qarşılaşacağımızı bilirəm. Ancaq həmin oyun üçün hazırıq. Belə vəzifələri yerinə yetirməkdən zövq alıram. Düşünürəm ki, bu oyuna hazırıq və çərşənbə günü yaxşı oyun sərgiləyəcəyik".

Qeyd edək ki, iyulun 29-da "Seltik Park"da keçiriləcək "Seltik" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30