20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Traktorsazi” “Qəbələ”ni təbrik edib

Təbriz şəhərinin “Traktorsazi” komandası “Facebook”dakı TiraXtürk Fan Klub səhifəsində “Qəbələ” futbol klubunu son möhtəşəm qələbə münasibətilə təbrik edib. Futbolxeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, səhifədə “Yaşasın Quzeyli soydaşlarımız, yaşasın Qəbələ” sloqanının ardınca Azərbaycan Milliyyətçi Gəncləri, Qəbələ 2-0 Çukoraçki (Serbiya) cümlələri paylaşılıb.

Səhifədə həmçinin “Qəbələ” Fan Klubu üzvlərinin “Qəbələ - Çukoraçki” görüşündən çəkilmiş şəkli yerləşdirilib. Şəkildə “Qəbələ” azarkeşlərinin əlində Güney Azərbaycanın istiqlal bayrağı görünür.

Xatırladaq ki, həmin fotonu tanınmış jurnalist Azər Sarıyev “Qəbələ” futbol klubu Avroliqa oyunları çərçivəsində Serbiyanın “Çukoraçki” klubunu qəbul edərkən “Bakcell Arena”da çəkib. A. Sarıyev bu fotonu “Qəbələ” Fan Klubu ilə bağlı təəssüratlarını bölüşdüyü “Qəbələ” Qələbəyə məhkum idi” sərlövhəli məqaləsi ilə birlikdə saytlara təqdim edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30