29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Rəşad Sadiqov: “Bu dəfə də Kiprdən qələbə ilə qayıdacağıma inanıram”

“Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Sadiqov Futbolxeber.az saytına müsahibə verib.

- “Çukariçki” üzərində qələbə qazandığınız oyun barədə nə deyə bilərsən?

- Gərgin oyun alındı. Müəyyən dərəcədə də çətin oldu. İlk oyunda uduzmuşduq. Bu səbəbdən də bir qədər həyəcanlı idik. Matça ehtiyatlı başladıq. Bilirdik ki, qol buraxsaq, işimiz bir qədər çətin olacaqdı. 10-15 dəqiqə ərzində ehtiyatlı oynadıq. Lakin sonradan tam üstünlüyə yiyələndik. Bunun da nəticəsində qalib gəldik. Layiqli qələbə qazandığımızı düşünürəm.

- Sona yaxın arxaya çəkilmişdiniz. Bunun səbəbi nə idi: hesabı qorumağa çalışırdız, yoxsa güc qalmamışdı?

- Hesabda öndə olan komanda istər-istəməz arxaya çəkilir. Rəqib pressinq tətbiq edirdi. Buna görə də əks-hücumlara üstünlük verirdik. Bu taktika bəhrəsini verə bilərdi. 4-5 real qol şansımız oldu. Ancaq onlardan yararlana bilmədik. Əgər, üçüncü qolu vura bilsəydik, son dəqiqələr həyəcanlı olmazdı.

- Növbəti rəqib “Apollon” barədə fikirlərin necədir?

- Bu komandanın “Trakai”yə qarşı keçirdiyi ilk oyuna baxmışıq. 4 cavabsız qolla qalib gəliblər. Hiss olunur ki, “Apollon” çox yaxşı komandadır. Amma biz də təslim olmaq fikrində deyilik. Əlimizdən gələnin edəcəyik ki, bu dəfə də uğur qazanaq. Necə deyərlər, iştah diş altındadır.

- Rəşad Sadiqov artıq bir dəfə Kiprdən qələbə ilə qayıdıb. Tarix təkrarlanacaq?

- Hə, düzdür. APOEL üzərində tarixi qələbə qazanmışdıq. Bu dəfə də Kiprdən qələbə ilə qayıdacağıma inanıram. Uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. “Apollon” hər nə qədər güclü komanda olsa da, biz də zəif deyilik.

- APOEL-lə oyunda qol da vurmuşdun...

- Hər kəs qol vurmağı istəyir. Amma əsas olan komandanın uğurudur. Şans düşsə, mən də fərqlənməyə çalışacağam. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31