19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

PFL I Divizionun qalibini mükafatlandırıldı

 

Futbol üzrə Azərbaycan I Divizionunun qalibi “Ağsu” komandası mükafatlandırıb. Futbolxeber.az-ın məlumatına görə, Ağsu rayonuna səfər edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, PFL-in heyəti və media nümayəndələrini Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, icra hakimiyyətinin nümayəndələri və “Ağsu” klubunun futbolçu və məşqçi heyəti qarşılayıb. Qonaqlar və rayon icra nümayəndələri ulu öndər Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyublar.
 
Ağsu şəhər mədəniyyət evində təşkil olunan tədbirdə çıxış edən Ağsu rayon icra hakimiyyətinin başcısı Ənvər Seyidəliyev “Ağsu” klubunun çempion olmasının rayon futbolu üçün böyük uğur olduğunu vurğulayıb. PFL-in prezidenti Ramin Musayev qazanılan uğur münasibətilə komandanı və rayon rəhbərliyini təbrik edib, bu uğurların davamlı olmasını arzulayıb. 
 
PFL-in prezidenti Ramin Musayev I Divizionda  2012/2013-cü il mövsümünün qalibi olan “Ağsu” klubuna qızıl medallar və çempionluq kubokunu təqdim edib. 19 qolla I Divizionun bombardiri olan “Ağsu” klubunun futbolçusu Nicat Tağıyevə də PFL tərəfindən xüsusi mükafat verilib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30