12 Dekabr 2019, Cümə axşamı
“Qəbələ”nin qapıçısına sərt cəza
Özbəkistanlı yarımmüdafiəçi "Keşlə"də
Məmmədov Dadaşlinskinin qonağı oldu
"Neftçi"nin 5 üzvü rəmzi komandada

Ölkə futbolu

“Neftçi”yə 2 dəfə uğursuzluq gətirən hakim “Seltik” - “Qarabağ” oyununda

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Seltik” - “Qarabağ” matçının hakimləri müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, Qlazqoda baş tutacaq matçı avstriyalı hakimlər briqadası idarə edəcək. Belə ki, görüşün baş hakim Robert Şorgenhofer olacaq.

Bu referi azərbaycanlı futbolsevərlərə tanışdır. Belə ki, Şorgenhofer artıq 3 dəfə avrokuboklarda Azərbaycan klublarının oyunlarını idarə edib. Avstriyalı hakimi xüsusən “Neftçi” üçün uğursuz hesab etmək mümkündür. Çünki onun idarə etdiyi hər 2 matçdan sonra “Neftçi” avrokuboklarla vidalaşıb.

Ilk belə hal 2008-ci ildə baş verib. Avstriyalı hakimin idarə etdiyi “Vasluy” (Rumıniya) - “Neftçi” matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləcə “Neftçi” üçüncü mərhələdə Intertoto kuboku ilə vidalaşıb.

Ötən il isə Şorgenhofer Avroliqanın pley-off mərhələsinin cavab oyunu çərçivəsində baş tutan və təmsilçizin 1:2 hesablı yenilgisi ilə tamamlanan “Neftçi” - “Partizan” (Serbiya) matçının hakimi olub.

Avstriyalı referi 2012-2013 mövsümündə Avroliqanın I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutan “Xəzər Lənkəran” - “Lex” matçında (1:1) da fit çalıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2019
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31