13 Dekabr 2019, Cümə
“Qəbələ”nin qapıçısına sərt cəza
Özbəkistanlı yarımmüdafiəçi "Keşlə"də
Məmmədov Dadaşlinskinin qonağı oldu
"Neftçi"nin 5 üzvü rəmzi komandada

Ölkə futbolu

“Hafnarfyordur”un baş məşqçisi: “Uğurumuzun davamını gətirə bilmədik”

“Baxmayaraq ki, ilk yarıda qapımızda qol gördük, fasilədən sonra toparlana bildik. Rəqib qapısından 2 top keçirdik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “İnter” - “Hafnarfyordur” qarşılaşmasından sonra İslandiya təmsilçisinin baş məşqçisi Heymir Qudyonsson keçirilən mətbuat konfransında deyib.

Azlıqda qaldıqdan sonra oyunu uduzduqlarını deyən baş məşqçi buna görə təəssüfləndiklərini bildirib: “Təəssüf ki, azlıqda qaldıq və uğurumuzun davamını gətirə bilmədik. Hər halda yetirmələrim bacardıqlarının ən yaxşısını nümayiş etdirdilər”.

Meydandakı sərt oyunla bağlı suala isə Qudyonsson belə cavab verib: “Bu, avrokubok yarışmasıdı, sərtlik qaçılmazdı. Hesab bərabərləşdikdən sonra isə azərbaycanlı futbolçuların oyunu uzatmaq cəhdləri yetirmələrimin ürəyincə ola bilməzdi. Futbolda bu cür hallar təbiidi” (apasport.az)_.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2019
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31