19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Tale Heydərov: “Rəhbərliyin dəstəyi “Qəbələ”nin daha da irəli getməsinə şərait yaradır”

“Qəbələ”nin prezidenti Taleh Heydərov “Çukariçki” ilə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- Oyunun sonluğu çox gərgin alındı. Qarşılaşma barədə nə deyə bilərsiniz?

- Hamı kimi biz də çox həyəcanlı idik. Amma sevinirəm ki, mərhələni keçdik. Klub tarixində ilk dəfədir ki, ikinci mərhələni də uğurla adladıq. Buna görə çox sevinirəm.

- Komandanın bugünki oyunundan tam razı qaldınız?

- Müəyyən səhvlər var idi. Bunu da təbii qarşılaşyıram. Nəzərə almaq lazımdır ki, komandada yeni futbolçular var. Onların uyğunlaşması üçün müəyyən vaxt tələb olunur. Zaman keçdikcə komanda daha yaxşı vəziyyətdə olacaq. Bu gün “Çukariçki”dən daha yaxşı oynadıq. Rəqibdən üstün idik.

- “Qəbələ” Avropada daha da irəli gedə bilər?

 - Futbolçuların və baş məşqçimızin potensialı, rəhbərliyin komandaya verdiyi dəstək “Qəbələ”nin daha da irəli getməsinə şərait yaradır. Hesab edirəm ki, bundan da artığını etmək mümkündür.

- Soyunub-geyinmə otağında futbolçulara nə dediniz?

- Qazanılan uğura görə mükafat vəd etdik. İlk dəfədir Avropada bu mərhələyə yüksəlmişik. Odur ki, futbolçuların zəhmətini qiymətləndirməliyik. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30