23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Milan”ı yetirməsi: “Ərəbistana getməkdənsə, “Xəzər Lənkəran”a üstünlük verdim”

“Menecerim mənə Azərbaycandan təklif edildiyini deyəndə, tanışım Luis Ramosla əlaqə saxladım”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri apasport.az saytına açıqlamasında fransalı futbolçu L’imam  Seydi deyib.

Türkiyənin Kapadokya bölgəsində hazırlıq keçən  “Xəzər Lənkəran” klubunun  düşərgəsinə gələn Şeydi Azərbaycan çempionatı ilə yanaşı, Səudiyyə Ərəbistanında da oynamaq şansının olduğunu bildirib:  “Ərəb klublarından da təklifim vardı. Eləcə də, adını xatırlamadığım daha iki komandanız xidmətimdə maraqlı idi. Amma Ramos mənə “Xəzər Lənkəran”ın daha iddialı olduğunu söylədi. Ramosun oynadığı klub (AZAL – red) maddi problemlə üzləşmişdi. Bu səbəbdən özü həmin komandadan ayrıldı. Çempionatınızla maraqlanıram. Klublarınızın avrokuboklardakı çıxışından da xəbərim var. Ötən il Avropa Liqasının qrup mərhələsində oynayan “Qarabağ” Çernoqoriya təmsilçisi “Rudar”la qolsuz heç-heçə oynadı. Səhv etmirəmsə, “Neftçi” mübarizəni dayandırıb. “Qəbələ” isə II təsnifat mərhələsində Serbiya klubu ilə qarşılaşıb. Fikrimcə, çempionatda “Xəzər Lənkəran”ın əsas rəqibləri elə “Qarabağ”la “Qəbələ” olacaq”.

“Ərəbistandan təklif vardısa, niyə məhz Azərbaycana üstünlük verdiniz” sualına belə cavab verib: “Ərəbistana adətən yaşlı futbolçular gedir. Düzdü, orda yaxşı pul olsa da, gələcək üçün perspektiv yoxdu. Amma mən “Xəzər Lənkəran”ın heyətində özümü göstərə bilərəm. Elə bu komanda ilə Avropada daha yaxşı çıxış etmək niyyətindəyəm. Bir sözlə, Ərəbistana getməkdənsə, “Xəzər Lənkəran”a üstünlük verdim”.

Seydi həmçinin bildirib ki, vaxtilə məşhur “Milan” klubunun heyətinə düşmək şansı olub. Hətta milanlıların U-19 komandasında çıxış etdiyini söyləyən futbolçu məşhur braziliyalı Kaka ilə də məşq etdiyini vurğulayıb: “Mən 2006-2007 mövsümündə “Milan”ın U-19 komandasında oynamışam. Həmin vaxt Mbay Nyanq da həmin komandada idi. Hətta məşhur Kaka da hərdən bizimlə məşq edirdi. Amma bu klubda oynamaq mənə qismət olmadı”.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30