20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

UEFA “Qəbələ” - “Dinamo” oyununda baş verənlərə münasibət bildirdi

UEFA Nəzarət, Etika və İntizam Komitəsi Azərbaycanın "Qəbələ" və Gürcüstanın "Dinamo" (Tbilisi) futbol klubları arasında Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Qəbələdə keçirilmiş cavab görüşündəki insidentlə bağlı qərarını iyulun 23-də açıqlayacaq. Futbolxeber.az-ın məlumatına görə, bu barədə "Report"un sorğusuna cavab olaraq UEFA-dan məlumat verilib.

Avropanın futbol qurumundan bildirilib ki, Azərbaycanın və Gürcüstanın iki klubunun Qəbələdəki qarşılaşmasında azarkeşlərə yaraşmayan hərəkətlərə yol verilməsinə (yandırılmış milli bayraq) və üzərində qadağan edilmiş şüarlar yazılmış plakatların açılmasına görə intizam araşdırması başlanılıb.

UEFA-nın cavabında o da qeyd olunub ki, Tbilisidə keçirilmiş ilk qarşılaşmadakı hadisə irqçi hərəkət kimi qiymətləndirilib, stadionun bir hissəsinin qapadılmasına və 20 000 avro cərimənin tətbiq edilməsinə qərar verilib.

Qeyd edək ki, "Qəbələ" rəhbərliyi UEFA-nın rəsmi qərarını gözləmədən Serbiyanın "Çukariçki" klubu ilə Avropa Liqasının II təsnifat mərhələsindəki cavab görüşünü Bakıda keçirməyə qərar verib. Oyun iyulun 23-də "Bakcell Arena" stadionunda baş tutacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30