18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Hakimi təhqir edən baş məşqçi 5 oyunluq cəzalandı

 

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

Əvəzedici heyətlərin XXXII turunun “Qarabağ” – “Simurq” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Əvəzedici heyətlərin XXXII turunun “Neftçi” – “Bakı” matçında “Bakı” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Oyunun 59-cu dəqiqəsində “Bakı” klubunun 19 №-li futbolçusu Elşən Rzazadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 37.1).

Əvəzedici heyətlərin XXXII turunun “Turan” – “Sumqayıt” oyununun 60-cı dəqiqəsində “Turan” klubunun 8 №-li futbolçusu Seymur Tağıyevin hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur  (maddə 42.3).

Azərbaycan I Divizionunun XXVI turunun “Şuşa” – “Göyəzən” oyununun 39-cu dəqiqəsində “Şuşa” klubunun 89 №-li futbolçusu Rafiq Kərimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur  (maddə 48).

Matçın 73-cü dəqiqəsində “Göyəzən” klubunun 6 №-li futbolçusu Həsən Abbasov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur  (maddə 48).

Azərbaycan I Divizionunun XXVI turunun “Neftçala” – “Şəmkir” matçının 60-cı dəqiqəsində “Şəmkir” klubunun 14 №-li futbolçusu Ruslan Rüstəmov qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur  (maddə 42.1).

Azərbaycan I Divizionunun XXVI turunun “Şahdağ” – “Ağsu” matçında “Ağsu” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 78-ci dəqiqəsində “Şahdağ” klubunun 6 №-li futbolçusu Şıxqayıb Şıxqayıbov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur  (maddə 37.1).

Matçın 81-ci dəqiqəsində “Şahdağ” klubunun 11 №-li futbolçusu Yusif Yusifzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur  (maddə 48).

Matçın 85-ci dəqiqəsində “Şahdağ” klubunun baş məşqçisi Kamran Əlibabayev hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).

Matçın 90+2-ci dəqiqəsində “Şahdağ” klubunun 8 №-li futbolçusu İqrar Səmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur  (maddə 48). 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30