28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Şahin Diniyev: “Qələbəni bir kənara qoyuram...”

“Kəpəz” - “Qaradağ Lökbatan” yoxlama oyunundan sonra Gəncə klubunun baş məşqçisi Şahin Diniyev mətbuat xidmətinə fikirlərini bölüşüb. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli məşqçi heyətlə bağlı çatışmazlıqlara baxmayaraq, oyuna çıxdıqlarını bildirib: “Bu gün keçirdiyimiz oyun planlara daxil deyildi. Sadəcə, “Qaradağ Lökbatan” klubu bizdən yoxlama görüşü üçün xahiş etdi, biz də etiraz etmədik. Heyətlə bağlı problemlərimiz var. Bəzi futbolçularımız zədəlidi. Ona görə onların əməyindən istifadə edə bilmədik. Cəmi 12 oyunçunu meydanda sınamaq imkanımız oldu”.

Şahin Diniyev I divizion təmsilçisi ilə oyundan razı qaldığını da deyib. O, yetirmələrinin artıq sistemə uyğunlaşdığını vurğulayıb: “Bizim üçün məşq əvəzi oyun oldu. Matça hücumçusuz çıxmışdıq. Orta xətt oyunçuları meydanda çoxluq təşkil edirdi. Komandanın oyun fəlsəfəmizə, sistemə uyğunlaşmaq baxımından irəliləyişlər var. Qələbəni bir kənara qoyuram, uşaqlardan meydandakı işlərinə görə razı qaldım”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31