16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Ölkə futbolu

Asif Məmmədov: “Çukariçki” “Dinamo”dan güclüdür”

“Qəbələ”də rəsmi debütüm uğurlu alındı. Əlbəttə, çox sevindiricidir ki, bu tarixi qola azərbaycanlı futbolçu imza atdı. Arif Daşdəmirovun hava ötürməsindən sonra topu baş zərbəsi ilə qapıdan keçirdim. Ola bilər, vaxtilə Ariflə “İnter” də birgə oynamağımız öz sözünü dedi. Güman edirəm ki, yenə də qollar vuracağam. Əvvəllər də, elə “İnter”in heyətində avrokuboklarda yaxşı çıxış etdiyim oyunlar olub. “Dinamo”yla matçı isə karyeramda ən uğurlu oyunlardan biri saymaq olar”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ IK” qəzetinə açıqlamasında Asif Məmmədov deyib.

29 yaşlı yarımmüdafiəçi Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununa yaxşı hazırlaşdıqlarını bildirib. O, “İnter”də də komanda yoldaşı olduğu serbiyalı müdafiəçi Vojislav Stankoviçdən “Çukariçki” haqda məlumat aldıqlarını söyləyib: “Növbəti rəqibimizlə bağlı komanda yoldaşımız Stankoviçdən, cüzi də, olsa məlumat almışıq. Onun sözlərinə görə, “Çukariçki” yaxşı komandadır, hətta Tiflis “Dinamo”sundan güclüdür. Ümumiyyətlə, Serbiya futbolunun səviyyəsi bəllidir. Bu ölkənin futbolçuları adlı-sanlı Avropa klublarında top qovur”.

Məmmədov Serbiyada azarkeş dəstəyinin çox güclü olduğunu ön plana çəkib: “Buna görə də, bizi çətin sınaq gözləyir. “Çukariçki” tanınmış komanda olmasa da, hazırda Serbiyanın aparıcı klublarındandır. Serbiya çempionatında bürünc mükafata sahib olmaları və ölkə kubokunun finalında çempion “Partizan”a qalib gəlmələri rəqibimizin gücündən xəbər verir”.

Məmmədov səfərdən yaxşı nəticə ilə qayıtmağa kökləndiklərini bildirib: “Komandamız son oyunda qalib gəlib. İndi bizdə özünəinam hissi çox güclüdür. Belqradda, ən azından, heç-heçə etməliyik. Ancaq səfərdə qalib gəlməyimiz lazımdır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30