20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ramin Musayev: “Topaz” yenə də çempionatımızın sponsoru olmaqda maraqlıdır”

Azərbaycan Premyer Liqasının 2015/16 mövsümünün start günü müəyyənləşib. Futbolxeber.az-ın “Qəbələ IK” qəzetinə istinadən verdiyi məlumaat görə, yarışı keçirən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev açıqlamasında sayca 24-cü olacaq milli çempionatda ilk turun oyunlarının avqustun 8-də və 9-da keçiriləcəyini bildirib: “Artıq bu məsələ dəqiqləşib. Növbəti çempionatımıza avqustun 8-də start verəcəyik. Püşkatma mərasimini isə iyulun 15-20-si arasında keçirəcəyik. Qarşıdakı çempionatda çıxış edəcək komandalar öz iştiraklarını təsdiqləməyə başlayıblar. Klublar püşkatmaya 3 gün qalmışadək iştirak ərizələrini bizə göndərməlidirlər”.

Məlum olduğu kimi, son 3 ildə Premyer Liqanın sponsoru olan “Topaz” şirkəti ilə PFL arasında 2012-ci ildə imzalanmış əməkdaşlıq müqaviləsinin vaxtı bitib. Musayevin sözlərinə görə, ikitərəfli əməkdaşlığın davam etdirilməsi gözlənilir: “Topaz” yenə də çempionatımızın sponsoru olmaqda maraqlıdır. Bununla bağlı təklifə baxırıq. Biz də bu sponsorla əməkdaşlığı davam etdirmək istəyirik. Yəni hər iki tərəfdə yeni müqavilənin imzalanması ilə bağlı müsbət fikir var. Bu məsələyə püşkatmayadək tam aydınlıq gələcək”.

Xatırladaq ki, növbəti çempionatımızda birinci diviziondan gələn komandalar debütant “Zirə”ylə 2 illik fasilədən sonra Premyer Liqaya qayıdan “Kəpəz”dir.

Mehman SÜLEYMANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30